Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 12:52

Azərbaycan-İran ticarət darvazası olacaq


Astara gömrüyündə basabas
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Astara gömrüyündə basabas (2017)

Azərbaycan-İran müştərək ticarət darvazasının istifadəyə veriləcəyi bildirilir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Astara Gömrük İdarəsinin rəhbəri Rəsul Ümidi deyib. O bildirib ki, müştərək ticarət darvazasının infrastrukturunun yaradılmasına dair işlərin 70 faizi yekunlaşıb, yaxın 1 il ərzində darvaza istifadəyə verilməlidir.

Xatırlatma

ABŞ prezidenti Donald Tramp ötən il İranla 2015-ci il nüvə sazişindən çıxıb və Tehrana sanksiyaları bərpa edib. D.Tramp deyir ki, məqsədi İranı nüvə silahı hazırlamaqdan çəkindirməkdir. İran isə nüvə proqramının dinc məqsədli olduğunu bildirir.

Bu sanksiyalardan sonra İranın milli valyutasının məzənnəsində düşüş yaşandığı bildirilir. Ekspertlərin fikrincə, bu da Azərbaycanda bir çox insanlarda ora alış-verişə getməyə maraq yaradıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 6 ayında İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71.4 faiz artıb. Üstəlik, hər iki ölkə rəsmilərinin bildirməsinə görə, son illər İranla Azərbaycanın ticarət əlaqələrində artım var.

Günün bütün mövzuları

XS
SM
MD
LG