Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 16:59

Modi Kəşmirdəki dəyişiklikləri müdafiə edir


Narendra Modi

Hindistanın Baş naziri Narendra Modi deyir ki, Kəşmirin ölkəsinin nəzarətində olan hissəsinin xüsusi statusunun ləğvi regionu “keçmiş şöhrət”inə qaytaracaq və ölkənin inkişafında vacib rol oynayacaq.

Modi avqustun 15-də Hindistanın Müstəqillik günü münasibətilə çıxış edib. Onun fikrincə, Kəşmirin əvvəlki rejimi korrupsiyaya, nepotizmə, ədalətsizliyə yol açıb.

Avqustun 4-dən Kəşmirin Hindistanın idarəçiliyində olan hissəsində komendant saatına bənzər qadağalar qoyulub, kommunikasiya xətləri demək olar, tamamilə kəsilib. Bundan öncə regionunun xüsusi statusunu ləğv edib.

Kəşmirin qalan hissəsinə nəzarət edən Pakistan isə bu hərəkətləri qanunsuz adlandırıb, cavabında qonşusuyla ikitərəfli ticarəti, bütün ictimai nəqliyyatı dayandırıb. Nyu Dehlinin İslamabaddakı səfiri də qovulub.

Hər iki ölkə Kəşmirin ona məxsus olduğunu bildirir. 1947-ci ildə Britaniya idarəçiliyndən çıxandan bu iki nüvə silahlı ölkə Kəşmir uğrunda iki dəfə müharibə aparıblar.

XS
SM
MD
LG