Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 18:28

Bəzi hakimlərin qonorarı azaldılıb


Hakim

Azərbaycanda futbol üzrə I Divizionun oyunlarına təyinat alan yan xətt hakimlərinin qonorarlarının artırıldığı bildirilir.

«Report» xəbər verir ki, 2019/2020 mövsümü üçün I Divizion qarşılaşmalarında yer alan yan xətt hakimlərinə, hakim-inspektor və AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) nümayəndələrinə bir oyuna görə, əvvəlki kimi 150 manat deyil, 200 manat ödəniləcək.

Bildirildiyinə görə, Premyer Liqa və Azərbaycan Kubokunun oyunlarını idarə edəcək baş hakimlərin qonorarları isə azaldılıb. Referilər hər bir matça 700 manat deyil, bundan sonra 650 manat almalıdırlar. Xəbərə görə, Azərbaycan Premyer Liqasında yan xətt hakimi maç hesabı 400, ehtiyat hakim 250, hakim-inspektor və AFFA nümayəndəsi 300 manat alır.

I Divizionda baş hakimlərə 300, ehtiyat hakimlərə də 120 manat verildiyi bildirilir.

AFFA-dan izah

AFFA İcraiyyə Komitəsindən isə «Turan» agentliyinə bəzi hakimlərin qonorarlarının azaldılması ilə bağlı məlumatları təsdiq etməyiblər və bu məsələni bir qədər fərqli izah ediblər.

Qurumdan qeyd ediblər ki, hakimlərin qonorarlarında azalma yoxdur. «Sadəcə, müqavilə forması dəyişib və vergi məbləği dəyişdiyinə görə hakimlər əvvəlkindən az qonorar alacaq», - AFFA-dan bildirilib.

Bu il vergi qanunvericiliyinə bir sıra dəyişikliklər edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG