Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:10

Yabloko-nun dörd üzvü seçkiyə buraxılır


Sergei Mitrokhin Moskvada etiraz aksiyasında
Sergei Mitrokhin Moskvada etiraz aksiyasında

Liberal Yabloko partiyasından səkkiz namizəddən dördü gələn ay Moskvada keçiriləcək bələdiyyə seçkisinə buraxılacaq. Məhkəmə avqustun 13-də Sergei Mitrokhin-in seçkiyə buraxılmaması qərarını ləğv edib.

Moskva şəhər şurasının keçmiş üzvü Mitrokhin Stolitsya insan haqları qrupuna rəhbərlik edir. Onunla birlikdə seçkiyə Moskvanın Uşaq Hüquqları ombudsmanı Yevgeny Bunimovich, partiyanın Antikorrupsiya Siyasəti Mərkəzinin eksperti Maksim Kruglov, memar Daria Besedina da buraxılır.

Nadir güzəşt sayılan bu qərardan üç gün öncə onminlərlə etirazçı Moskva küçələrinə çıxaraq sentyabrın 8-də ədalətli seçki tələb edib.

Seçki rəsmiləri müstəqil və müxalifət namizədlərin çoxunu qeydiyyata almaqdan imtina edib, onların yığdığı imzaların etibarsız və saxta olduğunu bildirib.

Moskvada 10 avqust yürüşü
Moskvada 10 avqust yürüşü

Qeydə alınmayan namizədlər isə yerli seçki komissiyasını və Moskvanın meri Sergei Sobyanin-i hakimiyyətdən sui-istifadədə suçlayıb.

8 sentyabr seçkisinə buraxılmayan tanınmış müxalifət fiqurları içində siyasətçi Dmitry Gudkov, Kremlin tənqidçisi Aleksei Navalny-nin rəhbəri olduğu Antikorrupsiya Fondunun hüquqşünası Lyubov Sobol, Navalny-nin fondunun direktoru Ivan Zhdanov, müxalif siyasətçi, Moskvanın Krasnoselski bələdiyyəsinin rəhbəri Ilya Yashin də var.

10 avqust yürüşündə polis 250-dən çox adamı saxlayıb. Artıq dördüncü həftədir Rusiyanın Sankt Peterburq və Yekaterinburq daxil bir sıra şəhərlərində kütləvi etirazlar keçirilir.

Öncəki aksiyaları polis zorakılıqla dağıdıb.

Polis avqustun 10-da icazəli aksiya bitəndən sonra qruplar şəklində yürüş edənləri saxlamağa başlayıb.

Öncəki aksiyalarda saxlanmış 15 nəfərə qarşı “iğtişaş” ittihamıyla cinayət işi açılıb. Təqsirləri sübuta yetirilərsə, onlar 15 ilədək həbsə məhkum edilə bilərlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG