Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Qarnından yumruqlanmış qadın xəstəxanaya yerləşdirilib


Darya Sosnovskaya-nın saxlanma anı
Darya Sosnovskaya-nın saxlanma anı

Moskvada azad bələdiyyə seçkisi tələbiylə keçirilmiş yürüşdə yumruqlanaraq döyülmüş qadın etirazçı başından aldığı xəsarətdən müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib.

Daria Sosnovskaya-nın vəkili Tatyana Molokanova avqustun 13-də “Current Time” televiziyasına deyib ki, müştərisi xəstəxanaya baş ağrıları, 10 avqust aksiyasında başından aldığı zədəyə görə müraciət edib.

Tatyana Molokanova
Tatyana Molokanova

Rusiyada insan haqları vəkili, Agora qrupundan Pavel Chikov Sosnovskaya-ya beyin sarsıntısı diaqnozu qoyulduğunu bildirib. ​

“Diaqnozu 67 saylı Moskva xəstəxanasının həkimləri qoyub, o, xəstəxanaya avqustun 12-də axşam yerləşdirilib”, – Chikov əlavə edib.

Sosnovskaya-nın saxlanması anını göstərən video İnternetdə geniş yayılıb. Videoda Rusiya Milli Qvardiyasının geyiminə bənzər uniformalarda iki kişi onu polis maşınına tərəf sürükləyir.

Qadın ayağıyla yerdəki polis dəyənəyini özünə tərəf çəkmək istəyəndə polis əməkdaşları dəyənəyi dərhal götürürlər. Sonra polislərdən biri qadını qarnından yumruqla vurur, yerdən dəyənəyi götürür və qadını maşına dürtür.

Bu video ölkədə və kənarda qəzəb doğurub.

Moskvada 10 avqust yürüşü
Moskvada 10 avqust yürüşü

Təhqiqat getdiyi bildirilir

Son dörd şənbə keçirilən yürüşlərdə Moskvada bələdiyyə seçkilərinə müxalifət və müstəqil namizədlərin buraxılmamasına etiraz bildirilir.

Rusiyanın Milli Qvardiyası Moskvada 10 avqust nümayişində qadın etirazçını qarnından yumruqlamış uniformalı əməkdaşla bağlılığı olmadığını bildirib. Daxili İşlər Nazirliyi isə insident üzrə təhqiqat başladıldığını bəyan edib.

Pavel Chikov isə Sosnovskaya-nı yumruqlamış polis əməkdaşının müəyyənləşdirilməsi üçün 100 min rubl (1300 dollar) mükafat təyin edib.

Rusiyada polis və digər təhlükəsizlik əməkdaşları Moskvada dinc etirazçılara qarşı sərt davranışa görə ölkədə və xaricdən tənqidlə üzləşirlər. Onlar etirazçıları dəyənəklə döyməkdən də çəkinmirlər. Ancaq güc strukturları əməkdaşları etirazçıların hərəkətlərinə qeyri-mütənasib aşırı gücdən istifadəyə görə nadir hallarda cəzalandırılırlar.

Avqustun 10-da Rusiyada etiraz yürüşündə 350-dən çox etirazçı saxlanıb. Onlardan 256-sı Moskvada tutulub.

27 iyul aksiyasında 1400 nəfər, avqustun 3-də isə azı min nəfər saxlanmışdı.

Rusiya Prezidenti Vladimir Putin Milli Qvardiyanı 2016-cı ilin aprelində, terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə məqsədilə yaradıb. Ona keçmiş metallurq, 2000-2013-cü illərdə prezident təhlükəsizlik xidmətinin rəhbəri olmuş Viktor Zolotov rəhbərlik edir.

Milli Qvardiya birbaşa Prezident Putinə hesabat verir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG