Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:23

'Qarabağ' pley-offun bir addımlığında


«Qarabağ» azarkeşi

Bu gün, avqustun 13-də futbol üzrə Azərbaycan çempionu «Qarabağ» UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirəcək.

«Qarabağ» III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Kiprin APOEL klubunu qəbul edəcək. Tofiq Bəhramov adına stadionunda baş tutacaq görüş saat 20:30-da start götürəcək.

Ötən həftə Kiprdə reallaşan ilk qarşılaşmada «Qarabağ» 1:2 hesabı ilə qalib gəlib. Bu məğlubiyyətdən sonra APOEL baş məşqçi Paolo Trametsani ilə yollarını ayırıb. Onu bu postda Tomas Doll əvəzləyib.

«Qarabağ» APOEL-i mübarizədən kənarlaşdıracağı halda, Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və ÇL-in pley-offunda «Ayaks» (Hollandiya) – PAOK (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların Yunanıstanda keçirilən ilk oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb.

«Qarabağ» II təsnifat mərhələsində İrlandiya çempionu «Dandolk»u, I mərhələdə isə Albaniyanın «Partizani» klubunu mübarizədən kənarlaşdırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG