Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:49

Uşaqların batması ilə bağlı cinayət işi açılıb


Bakının ən təhlükəli çimərliyi
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Bakının ən təhlükəli çimərliyi

Bakının Nardaran qəsəbəsində, Xəzər dənizinin qeyri-çimərlik (nəzarətsiz) ərazisində 4 nəfərin batması ilə əlaqədar cinayət işi açılıb.

Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. Qurumdan bildirildiyinə görə, müvafiq ekspertizalar təyin olunub, iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Həmin maddə ilə ittiham edilənlərə 2 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 5 ilədək həbs cəzası verilə bilər.

Avqustun 10-da həmin ərazidə 4 uşaq batmışdı. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yaymışdı. Uşaqlar 10-12 yaş arasında olublar. Onların 3-ü qız, 1-i oğlan olub.

Xatırlatma

Bu il Xəzərdə boğulma halları ilə bağlı məlumatlara daha çox rast gəlmək mümkündür. İyulun 17-də bir gündə Xəzərdə 6 şəxsin batması ilə bağlı da məlumat yayılmışdı. Belə olayların bir çoxunun, əsasən, qeyri-çimərlik ərazilərində baş verdiyi bildirilir.

Yerli mətbuatda insanların qeyri-çimərlik ərazilərinə üz tutmaları, əsasən, Xəzərin sahillərinin əksər yerlərdə imkanlı şəxslər tərəfindən çəpərlənməsi, bir çox çimərliklərə də girişin pullu olması ilə izah edilir. Hərçənd, rəsmilər Azərbaycanda əksər çimərliklərə girişin pullu olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG