Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Avqust, şənbə, Bakı vaxtı 15:26

Türkmənistan prezidenti sağ-salamat imiş


Gurbanguly Berdymukhammedov çıxış edir, 12 avqust, 2019-cu il

Türkmənistan Prezidenti Gurbanguly Berdymukhammedov Xəzər İqtisadi Forumunda açılış nitqi edib. İyulun 5-dən bəri o, ilk dəfədir ictimaiyyətə görünür. Bu müddət ərzində prezidentin öldüyü, ya da xəstəxanada müalicə zamanı komaya düşdüyü haqda şayiələr yayılmışdı.

Avqustun 12-də Türkmənbaşı şəhəri yaxınlığındakı Avaza turist zonasından canlı yayımlanan konfransda Berdymukhammedov tribunada dayanaraq 20 dəqiqədən çox çıxış edib.

Berdymukhammedov sağlam görünüb, aydın, səlis danışıb. Tədbirə Rusiya, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Bolqarıstanın baş nazirləri, həmçinin İranın birinci vitse-prezidenti qatılıb.

(soldan sağa) Eshaq Jahangiri, Gurbanguly Berdymukhammedov, Dmitry Medvedev
(soldan sağa) Eshaq Jahangiri, Gurbanguly Berdymukhammedov, Dmitry Medvedev

Konfransdan yayılmış digər videolarda Berdymukhammedov Rusiya, Azərbaycan və Qazaxıstanın baş nazirləri, İranın birinci vitse-prezidenti Eshaq Jahangiri ilə görüşür.

Fotolardan birində isə Berdymukhammedov Rusiyanın Baş naziri Dmitry Medvedev-lə yanaşı oturub.

Berdymukhammedov-un rəsmən məzuniyyətdə olduğu açıqlanandan bir həftə sonra Avrasiyanın Problemlərini Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev prezidentin kəskin böyrək çatışmazlığından vəfat etdiyini söyləyib. O, Rusiya iyulun 20-də Rusiya radiostansiyasına və govoritmoskva.ru vebsaytına danışıb.

Rusiyanın digər media orqanları Rubayev-in dediklərinə geniş yer verəndən sonra o, sözlərini geri götürdü, onların əsassız olduğunu dedi.

Ancaq Berdymukhammedov-un ictimaiyyət arasında görünməməsi onun səhhəti ətrafında spekulyasiyaya yol açdı. Dövlət televiziyası prezidentin məzuniyyət kadrlarını yaysa da, onların iyulun 5-dən sonra çəkildiyini müstəqil olaraq təsdiqlətmək mümkün olmayıb.

***

Medvedev Berdymukhammedov ilə görüşəcəkmi

Rusiyanın Baş naziri Dmitry Medvedev Türkmənistana işçi səfərə gedib. Bütün dünya onun bu Orta Asiya ölkəsinin avtokratik lideri ilə görüşünü gözləyir.

Medvedev paytaxt Türkmənbaşıya avqustun 11-də gedib. Bu gün həmin şəhərdə ilk Xəzər İqtisadi Forumu keçirilməlidir. Bunu Rusiya mediası yazır.

Rusiya baş nazirinin ikitərəfli münasibətləri müzakirə etmək üçün “konfrans çərçivəsində” Türkmənistan Prezidenti Gurbanguly Berdymukhammedov ilə görüşü planlaşdırılır. Türkmənistan lideri bir neçə həftədir ictimaiyyət arasında görünməyib.

Berdymukhammedov iyulun 5-dən ictimai həyatda görünməməsi onun səhhətiylə bağlı spekulyasiyaya yol açıb. Türkmənistan hakimiyyəti isə prezidentin avqustun 15-dək məzuniyyətdə olduğunu bildirib.

Türkmənistanı dövlət televiziyası 62 yaşlı Berdymukhammedov-un tətildə çəkildiyi bildirilən görüntülərini yayıb. O, gah boulinq oynayan, gah velosiped sürən, gah silahdan atəş açan, gah da yeni kitab üzərində işləyən yerdə görüntülənib.

Berdymukhammedov 2007-ci ildən hakimiyyətdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG