Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 14:57

Azərbaycanda dəmiryolçuların sayı azalır


Foto illüstrasiya

«Azərbaycan Dəmir Yolları» (ADY) Qapalı Səhmdar Cəmiyyətinin işçiləri ilbəil azalmaqdadır. Bu barədə rəqəmlər qurumun əsas fəaliyyət göstəriciləri ilə bağlı hesabatında yer alıb. Hesabatla ADY-nın saytında tanış olmaq mümkündür.

Həmin hesabata görə, bu ilin birinci rübündə ADY-də işçilərin ümumi sayı 5922-yə düşüb. Halbuki, ötən ilin sonunda bu rəqəm 6129 olub.

Hesabata görə, 2017-ci il ərzində də 1300-dən çox şəxs iş yerlərini itirib. 2016 və 2015-ci ilin hər birində isə bu qurumda 300-dən çox işçi ilə yollar ayrılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG