Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 11:34

Şəki Xan Sarayına giriş bərpa olunub


Şəki Xan Sarayı

Bu gün, avqustun 9-da Şəki Xan Sarayının ərazisinə girişin bərpa edildiyi bildirilir.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, yerli, xarici mütəxəssislərin və dövlət orqanlarının müsbət rəylərindən sonra sarayın fəaliyyətinin bərpa olunmasına qərar verilib. Saray iyulun 14-dən ərazisində ağacın budaqlarının qırılıb turistlərin üzərinə düşməsindən sonra bağlanmışdı və müəyyən bərpa işləri görülürdü.

Xatırlatma

Bu il iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid olduğu bildirilən ağacın budaqları qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşmüşdü. Nəticəsində 19 nəfər yerli və xarici turistin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı açıqlanmışdı. Xəsarət alanlardan bir nəfər xəstəxanada vəfat edib. Hadisədən zərər çəkmiş 13 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Yerdə qalan yaralıların müalicəsi xəstəxanalarda davam etdirilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG