Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 06:46

Trump Milli Kəşfiyyatın direktorluğuna namizədini açıqlayır


Joseph Maguire

ABŞ Prezidenti Donald Trump deyir ki, ölkənin əks-kəşfiyyat xidmətinin rəhbərinin müvəqəqəti olaraq milli kəşfiyyatın direktoru vəzifəsini icra etməsini istəyir.

Avqustun 8-də yazdığı tvitində Trump bildirib ki, Milli Əks-kəşfiyyat Mərkəzinin direktoru Joseph Maguire avqustun 15-dən milli kəşfiyyatın başına keçəcək.

Maguire ABŞ Donanmasının vitse-admiralı olub, 2010-cu ildə təqaüdə çıxıb. 2018-ci ildə isə Trump tərəfindən əks-kəşfiyyata rəhbərliyə namizədliyi verilib və bu posta təyin olunub.

Maguire Dan Coats-ı əvəzləyəcək. O, ötən ay bildirib ki, avqustun 15-də istefa verəcək. Maquire-nin Milli Kəşfiyyatın direktoru vəzifəsinə təsdiqlənəcəyi bəlli deyil.

Trump Twitter-də onu da yazıb ki, Coats-ın müavini Sue Gordon istefa verir. Kəşfiyyatçı karyerasına malik Gordon-un direktor postuna keçməsini bir çox indiki və keçmiş rəsmilər dəstəkləyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG