Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:50

İddia: Bakıdan Tbilisiyə bir gecəyə 300 milyon dollar necə aparılıb – Qərb mediası


Giorgi Kadagidze
Giorgi Kadagidze

Rusiyayla 2008-ci il avqust müharibəsi zamanı Azərbaycan Gürcüstan banklarına necə yardım edib? Gürcüstanın Milli Bankının keçmiş prezidenti Giorgi Kadagidze bu əməliyyatın detallarını açıqlayıb.

24News.ge portalı xəbər verir ki, sabiq prezident 10 avqust 2008-ci il tarixində iki ölkə arasında gecə aparılan ortaq əməliyyatın Gürcüstanın maliyyə stabilliyi üçün son dərəcə uğurlu nəticələr gətirdiyini bildirib:

“Avqust müharibəsindən sonra təbii reaksiya kimi vətəndaşlar kütləvi şəkildə banklardakı depozitlərini götürməyə başladılar. Nəticədə qısa müddətdə böyük valyuta qıtlığı ilə üz-üzə qalan kommersiya bankları Milli Bankın köməyini gözləyirdilər. Təbii ki, Milli Bank olaraq biz kommersiya banklarına bizim valyutamızın az olması barədə heç nə demədik. Onlara əlimizdə kifayət qədər banknot olduğunu və sabah səhər pul götürə biləcəklərini, ictimaiyyətin təşvişinin yatırılması üçün tələb olunan bütün pulları vermələrini dedik. Həmin gecə 300 milyon dollar daşıyan iki inkassator Bakıdan yola düşdü və səssiz-sədasız Tbilisiyə gəldi”.

Tbilisidə Rusiyaya qarşı etiraz
Tbilisidə Rusiyaya qarşı etiraz

Sabiq prezident əməliyyat zamanı gözlənilməz qəzanın baş verdiyini, lakin "vicdanlı vətəndaşlar"ın səyi nəticəsində aradan qaldırıldığını qeyd edib.

Bu deyilənlərə Azərbaycan tərəfdən açıqlama almaq hələlik, mümkün olmayıb.

2008-ci ildə beşgünlük müharibədən sonra Rusiya Gürcüstanın separatçı Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanıdı.

Trump-a qarşı şüarlar səsləndirdilər

ABŞ Prezidenti Donald Trump və birinci ledi Melania Trump avqustun 7-də axşam Ohayonun Deyton şəhərindən sonra Texasın El Paso şəhərinə baş çəkiblər. Ötən həftəsonu bu iki şəhərdə törədilmiş hücumlarda 31 nəfər öldürülüb.

Donald Trump
Donald Trump

“The Associated Press” agentliyi yazır ki, hər iki şəhərdə yaralılara baş çəkən prezident reportyorların gözündən uzaq saxlanıb. Mətbuat katibi Stephanie Grisham hər kəsin prezidenti “çox isti qarşıladığını” söyləyib.

Ancaq Deytondakı Miami Valley Xəstəxanasının qarşısına azı 200 etirazçı yığışıb, Trump-ı ölkədə siyasi və irqi gərginliyi qızışdıran ritorikaya görə suçlayıb, silahlara nəzarət tələb edib. Bəziləri Trump-ın bu şəhərdə arzulanmadığını deyib. Onların içində Trump tərəfdarları da olub.

Prezidentin maşın karvanı keçərkən etirazçılar “İrqçi, evinə get” plakatını qaldırıblar.

El Pasoda Nümayəndələr Palatasının keçmiş üzvü, prezidentliyə namizəd olmağa iddialı Beto O’Rourke başqa bir toplantıda bir neçə yüz nəfər qarşısında çıxış edib. O, Trump-ı irqçi qızışdırıcı adlandırıb.

Tənqidçilərin fikrincə, Trump-ın bəyanatları ölüm və zorakılıqla sonuclanan hadisələrə yol açır. Trump isə son hadisələrdən sonra deyirdi ki, ABŞ-da nifrətə yer yoxdur.

Ət növləri
Ət növləri

Dünyada ət istehlakı azalarsa...

Qlobal istiləşməni məhdudlaşdırmaq, torpaq və sudan istifadədə gərginliyi azaltmaq, ərzaq təhlükəsizliyi, səhiyyə və biomüxtəlifliliyi yaxşılaşdırmaq üçün qlobal ət istehlakı azalmalıdır. Bu haqda BMT-nin hesabatında deyilir.

Hesabat ətdən tamamilə imtinanı təbliğ etmir, ancaq fermer təsərrüfatı və yemək vərdişlərinə böyük dəyişikliklər etməyə çağırır. Əhali artımı və istehlak vərdişlərinin dəyişməsinin torpaq və su resurslarına təsirindən danışılır.

Bitki əsaslı ərzaq və davamlı heyvan-mənşəli ərzaq 2050-ci ilədək bir neçə milyon kvadrat kilometrlik torpağı təmizləyə, ilə 0,7-0,8 gigatonluq karbon qazı ekvivalentini kəsə bilər. Bunu BMT-nn İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Komissiyası bildirir.

“Müəyyən pəhriz növlərinin daha az ekoloji fəsadları olur, torpağa daha az təzyiq göstərir”, – Londonun Imperial Kollecinin professoru Jim Skea deyib.

XS
SM
MD
LG