Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:46

Ukraynayla Türkiyə azad ticarət sazişi əldə edə bilər


Recep Tayyip Erdogan (sağda) və Volodymyr Zelenskiy

Ukrayna və Türkiyə azad ticarət razılaşması nəzərdən keçirir. Belə bir saziş ikitərəfli ticarəti ildə 10 milyard dollara çatdıra bilər. Bəyanatı Ukrayna prezidentinin vebsaytı yayıb.

Türkiyə Prezidenti Recep Tayyip Erdogan avqustun 7-də ukraynalı həmkarı Volodymyr Zelenskiy ilə Ankarada görüşdən sonra birgə mətbuat konfransı keçirib.

“2018-ci ildə ikitərəfli ticarətin həcmi 4 milyard dollar olub. Əminəm ki, bu, potensialımızın limitindən çox uzaqdır”, – Zelenskiy deyib.

Erdogan-ın sözlərinə görə, tərəflər “türkiyə-Ukrayna münasibətlərinin bütün aspektləri”ndən danışıblar və indi də bir neçə ildir gedən “azad ticarət sazişi üzrə danışıqlar prosesini yekunlaşdırmaq zamanıdır”.

Zelenskiy Türkiyədə ikigünlük səfərdədir.

Onun Ukrayna və Krım tatar icmasının üzvləri, eləcə də pravoslav xristianlarının lideri Patriarx Varfolomey (Bartholomew) ilə görüşəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG