Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 16:17

Türkiyə ilə sərhəddə iki iranlı hərbçi öldürülüb


İran İslam İnqilab Keşikçiləri Korpusunun üzvləri

Avqustun 7-də İranın şimal-qərb hissəsində yaraqlılarla toqquşmalarda İran İslam İnqilab Keşikçiləri Korpusunun iki üzvü öldürülüb. Xəbəri İranın dövlət televiziyası yayıb.

İnsident Türkiyə ilə həmsərhəd, eləcə də İraq Kürdüstanına yaxın Qərbi Azərbaycan vilayətinin Maku regionunda baş verib.

Maku valisi Hassan Abbasi İran mediasına deyib ki, döyüşdə iki hərbçi öldürülüb, biri yaralanıb.

Son aylar İranın qərbində, İraq və Türkiyəylə sərhəd yaxınlığında silahlı dəstələrlə İran silahlı qüvvələri arasında çoxsaylı toqquşmalar baş verir. Bir çox hallarda silahlı dəstələr İraqda bazaları olan kürd üsyançılardır. Onlardan bəziləri İranın kürd regionlarına müstəqillik tələb edir.

İyulun əvvəlində də kürd üsyançılarla İnqilab Keşikçiləri Korpusu arasında toqquşmalar olmuşdu.

Son toqquşmalarda kürd qrupların iştirak edib etmədiyi bəlli deyil.

İranın kürd təşkilatlarından başqa, kürdlərin PKK təşkilatı da İran qüvvələri ilə toqquşur.

Günün bütün mövzuları

XS
SM
MD
LG