Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 00:47

Xarici ticarətdə müsbət saldo azalmaqdadır


İxrac-İdxal

Azərbaycanın xarici ticarətində müsbət saldo getdikcə azalmaqda davam edir.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin 6 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 16 milyard 994 milyon 66 min dollar təşkil edib. Bunun 9 milyard 979 milyon 3 min dolları ixracın, 7 milyard dollardan çoxu isə idxalın payına düşür. Xarici ticarətdə müsbət saldo 2 milyard 963 milyon 40 min dollar olub.

Keçən ilin eyni ayında isə xarici ticarətdə müsbət saldo 4 milyard dollardan çox olmuşdu. Bu isə o deməkdir ki, tədricən ölkəyə gələn valyutanın ölkədən çıxan valyutadan çox olan hissəsində azalma baş verməkdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG