Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:30

Q.Qurbanov: 'Səhvlərə yol verməməliyik'


Q.Qurbanov

Bu gün, avqustun 6-da UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində futbol üzrə Azərbaycan çempionu «Qarabağ» Kiprin APOEL klubunun qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü isə bir həftə sonra Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Ağdamın «Qarabağ» klubun baş məşqçisi Qurban Qurbanov dünən, avqustun 5-də keçirdiyi mətbuat konfransında deyib ki, APOEL-in gücü hər kəsə məlumdur.

«Ötən mövsümə nisbətən rəqibin heyətində ciddi dəyişikliklər olub. Bəzən belə məqamlarda bu dəyişikliklər komandanın xeyrinə olur. Çünki komandanın ötən mövsümkü heyətini analiz etdikdə bu mövsüm oyunlarda sürprizlərlə qarşılaşa bilərsən. Rəqibin heyətində sürətli, təhlükəli futbolçular kifayət qədərdir, ona görə kimisə fərqləndirmək istəməzdim. Biz də çalışıb diqqətli oynamalıyıq, səhvlərə yol verməməliyik. Rəqibin azarkeşləri çox çılğındırlar, sayları az olsa belə, stadionu dolu göstərməyə çalışacaqlar. Təbii ki, dolu tribunalar önündə oynamaq xoşdur, amma biz yalnız meydana konsentrasiya olmalıyıq», - Q.Qurbanov qeyd edib.

AZƏRTAC-ın məlumatına görə, APOEL klubunun baş məşqçisi Paolo Trametsani isə deyib ki, bu oyunda əllərindən gələni əsirgəməyəcəklər. O əlavə edib ki, «Qarabağ» topla çox oynayan bir kollektivdir: «Onlar oyuna nəzarət etmək istəyirlər. Hücumları həddindən artıq sürətlidir. Düzgün hazırlaşmalıyıq. Daha öncə yaxşı nəticələr əldə edə bildiyimizi göstərdik. Oyunçuların eyni ruhla oynayacağına inanıram».

Ağdam təmsilçisi III təsnifatda Kiprin APOEL komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə, PAOK (Yunanıstan)-«Ayaks» (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.

«Qarabağ» II təsnifat mərhələsində İrlandiya çempionu «Dandolk»u, I mərhələdə isə Albaniyanın «Partizani» klubunu mübarizədən kənarlaşdırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG