Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 09:06

ABŞ Əfqanıstandan minlərlə əsgərlərini çıxaracaq


Zalmay Khalilzad (solda) Radio Azadi-nin Kabil bürosunun rəhbəri Sami Madi-yə müsahibə verir

Birləşmiş Ştatlar Əfqanıstandakı əsgərlərinin sayını ciddi şəkildə azaltmağa hazırlaşır. Bu, Taliban qruplaşmasını Qərbin dəstəklədiyi Kabil hökuməti ilə birbaşa danışıqlara sövq edə bilər. Bu haqda ABŞ mediası avqustun 1-də yazıb.

The Washington Post, CNN və dpa xəbər agentliyi yazıblar ki, əsgərlərin sayı 14 mindən 8-9 minə salınacaq. Bu məsələ Əfqanıstanda 20 ilə yaxındır davam edən sülh sazişində də nəzərdə tutulub.

İndiyədək Taliban Kabil hökuməti ilə danışıqları rədd edib, onu “oyuncaq rejim” adlandırıb.

Saziş həmçinin ABŞ səfirliyinin işçilərinin, təhlükəsizlik əməkdaşlarının sayının azaldılmasını nəzərdə tutur, CNN belə yazıb.

İyulun 31-də ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Khalilzad AzadlıqRadiosu-na (RFE/RL) bitkin sülh razılaşmasında dörd əsas məsələnin olduğunu deyib: xarici əsgərlərin çıxarılması, Talibanın terror hücumlarını önləyəcəyinə zəmanəti, siyasi həllə aparacaq əfqanlararası dialoq və daimi atəşkəs.

Vaşinqtonun Talibanla razılaşmaya yaxın olması barədə gözləntilərlə bir arada Əfqanıstanın Sülh İşləri Nazirliyi iyulun 31-də elan edib ki, Talibanla danışmağa 15 nəfərlik nümayəndə heyəti təyin edib.

Khalilzad bir neçə günə Qətərin paytaxtı Dohada Talibanla danışıqların növbəti raunduna başlamalıdır.

XS
SM
MD
LG