Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Avqust, şənbə, Bakı vaxtı 19:47

Zaqrebdə 6 nəfər qətlə yetirilib


Arxiv fotosu

Xorvatiya polisi avqustun 1-də paytaxt Zaqrebdə altı nəfəri öldürdüyü bildirilən şübhəlini axtarır.

Şübhəlinin qurbanlardan birinin keçmiş həyat yoldaşı güman edilir. Həmin qadın partnyoru və dörd ailə üzvü ilə birlikdə qətlə yetirilib. Xəbəri yerli media yayıb.

Qonşular güllə səsləri haqda məlumat verəndən sonra həmin şəxslərin cəsədləri şəhərin cənubundakı evdən tapılıb.

Ölənlərin ikisi kişi, üçü qadın, biri uşaqdır, Zaqreb polis rəisi Marko Rasic jurnalistlərə deyib.

Hadisədən yeddi aylıq bir körpə sağ çıxıb. “Frans Pres” qurbanların odlu silahla qətlə yetirildiyini xəbər verir.

Polis şəhərə giriş-çıxışı, bütün əsas yolları, körpüləri bağlayıb, şübhəlinin axtarışı davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG