Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 12:21

Vaxtı keçmiş kreditlər azalıb


AMB

Bu ilin iyununda ödəmə vaxtı keçmiş kreditlər 7.8 milyon manat azalıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün, avqustun 1-də açıqladığı statistikaya görə, bu, 1 milyard 486.5 milyon manata düşüb. Mayının sonunda vaxtı keçmiş kreditlər 1 milyard 494.3 milyon manat təşkil etmişdi.

Mərkəzi Bankın statistikasına görə, bu ilin birinci yarısında vaxtı keçmiş kreditlər 98.5 milyon manat azalıb.

İyunun sonunda 13 milyard 482.5 milyon manat kreditin 11 faizinin və ya 1 milyard 486.5 milyon manatının ödəmə vaxtı keçib. Bu nisbət ötən ilin sonunda 12.2, mayın sonunda isə 11.3 faiz idi.

Xatırlatma

2015-ci ildə Azərbaycanda iki dəfə (fevral və dekabr aylarında) devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib. Həmin vaxtdan etibarən isə Azərbaycanda problemli kreditlər mövzusunun aktuallaşdığı bildirilir.

Prezident bu il fevralın 28-də «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərman imzalayıb. Fərmana görə, banklara 10 min dollara qədər kredit borcu olan fiziki şəxslərə devalvasiyalar nəticəsində dəyən ziyan dövlət hesabına ödənilir.

Bu ilin mayında Maliyyə Nazirliyi bildirirdi ki, kompensasiyaların ödənilməsi məqsədilə 600.1 milyon manat vəsait ayırıb: «Bu vəsait 562 min nəfər fiziki şəxsin 288.8 milyon manat ödəniş müddəti keçmiş kreditlərinə yönəldilib, 311.3 milyon manat isə müştərilərin sərəncamına verilib... Bu proses davam etməkdədir».

Günün bütün mövzuları

XS
SM
MD
LG