Keçid linkləri

Təcili xəbərlər
2019, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:43

Orduya yığılan yardımın məbləği açıqlanıb


Müdafiə Nazirliyi

Bu gün, avqustun 1-də Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarını açıqlayıb.

Nazirlikdən yayılan məlumata görə, bu il avqustun 1-dək 101 milyon 775 min 225 manat, 213 min 577 ABŞ dolları, 17 min 266 avro və 5 min rubl vəsait yığılıb.

Müdafiə Nazirliyinin bir ay öncə açıqladığı məlumatda isə Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin bundan 1 milyon manat az olduğu qeyd edilirdi.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il avqustun 17-də imzaladığı fərmanla yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG