Keçid linkləri

Təcili xəbərlər
2019, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:37

Əfqanıstanda avtobus partladılıb, azı 35 nəfər həlak olub


Hadisədə yaralanmış əfqan xəstəxanaya aparılır

Əfqanıstanın qərbindəki Farah vilayətində sərnişin avtobusu yol kənarına qoyulmuş bombaya dəyərək partlayıb, azı 35 dinc sakin həlak olub, 27 nəfər yaralanıb.

Vilayət polisinin sözçüsü Mohibullah Mohib deyib ki, avtobus iyulun 31-də səhər Bala Buluk rayonu ərazisindəki Qəndəhar-Herat magistral yolunda hərəkət edərkən “Talibanın yola qoyduğu bomba”ya dəyərək partlayıb.

Əfqanıstan hökumətinin sözçüsü Sediq Sediqi də Talibanı günahlandırıb. Ancaq qruplaşma, hələlik, hücuma görə məsuliyyəti götürməyib.

Taliban döyüşçüləri ərazidə fəaldırlar, hökumət rəsmiləri və təhlükəsizlik qüvvələrini hədəfə alaraq yollara bomba yerləşdirirlər.

Mohib ölənlər içində qadın və uşaqların olduğunu deyib. Yaralılar Farah və Heratdakı xəstəxanalara aparılıb.

BMT-nin Əfqanıstandakı Yardım Missiyası (UNAMA) iyulun 30-da yaydığı hesabatda bildirirdi ki, bu ölkədəki münaqişədə uşaqlar “sarsıdıcı” həddə öldürülür, yaralanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG