Keçid linkləri

2025, 25 Yanvar, şənbə, Bakı vaxtı 11:22

Demokrat namizədlər bu dəfə nədən danışdılar


(soldan sağa) yazar Marianne Williamson, Tim Ryan, Amy Klobuchar, Pete Buttigieg
(soldan sağa) yazar Marianne Williamson, Tim Ryan, Amy Klobuchar, Pete Buttigieg

İyulun 30-da ABŞ-da prezident seçkisinə demokratlardan namizədliyə 10 iddialı arasında ikinci debat keçirilib. Bu dəfə əsasən xarici siyasət müzakirə mövzusu olub.

Prezident Donald Trump kimi Senator Bernie Sanders də Birləşmiş Ştatların “dünya polisi” olmasını istəmədiyini dilə gətirib.

Detroytda çıxış edən Sanders deyib ki, onu vəzifədə olan prezidentdən bir məsələ fərqləndirir – o, ABŞ-ın BMT-dəki mövqeyini yaxşılaşdırar, hərbi addımlardansa diplomatiyaya diqqət ayırardı.

“Bizə diplomatiyaya fokuslanan xarici siyasət, masada əyləşənlərlə münaqişəyə son qoyulması lazımdır”, – Sanders deyib.

Senator Bernie Sanders və Senator Kamala Harris debat zamanı əllərini qaldırır
Senator Bernie Sanders və Senator Kamala Harris debat zamanı əllərini qaldırır

Koloradonun qubernatoru John Hickenlooper Sanders-in mövqeyinə oxşar fikir səsləndirib.

İndiana ştatındakı Cənubi Bend şəhərinin meri Pete Buttigieg deyib ki, prezidentliyinin ilk ilində başqa ölkələrdən əsgərlərini çıxaracaq.

Müharibələrə son qoyacaq...

Keçmiş konqresmen Beto O’Rourke İraq, Yəmən, Somali, Liviya və Suriyadan əsgərləri çıxarmağı vəd edib. O, prezidentliyinin ilk müddətində Əfqanıstandan əsgərləri çıxaracağını söyləyib.

“Prezident kimi həmin müharibələrə son qoyacaq, yeni müharibələr başlatmayacaq, okeanın o tayında həyatlarını qurban verməyə əlavə ABŞ hərbçilərini göndərməyəcəyəm”, – o deyib.

Sanders kimi O’Rourke də Birləşmiş Ştatların daha çox dinc diplomatiyaya fokuslanmalı olduğunu söyləyib.

Şimali Koreya və lideri Kim Jong Un-un yaratdığı təhdidə gəlincə, Nümayəndələr Palatasının Ohayodan olan üzvü Tim Ryan bildirib ki, “məncə, Birləşmiş Ştatlar prezidentləri diktatorlarla görüşməməlidir”.

Minnesotadan senator Amy Klobuchar isə fərqli düşünür, onun fikrincə, “istənilən şəxslə istənilən yerdə” görüşə açıq olmaq lazımdır.

Birləşmiş Ştatların nüvə silahlarından xəbərdarlıq məqsədilə istifadə etməsi məsələsində də fikir ayrılığı olub. Montananın qubernatoru Steve Bullock bunu “gündəmdən çıxarmayacağını” vurğulayıb.

Massaçusetsdən senator Elizabeth Warren deyib ki, Birləşmiş Ştatlar yalnız başqa bir ölkə birinci istifadə edərsə nüvə silahına əl atmalıdır.

İyulun 31-də daha 10 namizədliyə iddialı arasında debat keçiriləcək. Ümumilikdə seçkiyə demokratlardan namizədliyə 24 iddialı var. Prezident Trump da ikinci müddətə seçilmək istəyir.

XS
SM
MD
LG