Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

İşgəncədə adı hallanan polis rəisinin şərəfinə məscid tikilir


Tamerlan Musaev (sağda)
Tamerlan Musaev (sağda)

Çeçenistanın Kurçaloyev rayonunda Şali rayonunun mərhum polis rəisi Tamerlan Musaуevin adına məscid tikiləcək. Bu haqda Instagram-da Çeçenistan lideri Ramzan Kadyrov yazıb.

“Əziz QARDAŞLAR və Mayrtup (məscidin bu kənddə tikiləcəyi bildirilir) sakinləri ilə birlikdə tikinti meydançasına getdik və məscidin bünövrəsini qoyduq. O, ənənəvi üslubda olacaq, eyni vaxtda beş minədək adam yerləşəcək”, – Kadyrov yazıb.

Ramzan Kadyrov
Ramzan Kadyrov

“Кавказ.Реалии” saytının yazmasına görə, iyulun 21-də Moskvadan Çeçenistana qayıdan Tamerlan Musayev Rostov vilayətində yol qəzasında həlak olub. Onu doğma Mayrtup kəndində dəfn ediblər.

O, son vəzifədən qabaq Çeçenistan parlamentinin spikeri Magomed Daudov-un mühafizə xidmətinin rəhbəri idi. Qafqaz Xalqları Assambleyasının Prezidenti Ruslan Kutayev deyirdi ki, Musayev ona elektroşokla işgəncə verib.

2014-cü ilə tanınmış çeçen ictimai xadim Ruslan Kutayev qanunsuz narkotik saxlama ittihamıyla dörd illiyə azadlıqdan məhrum edilib. Ancaq Kutayev ittihamı rədd edib, narkotik maddənin onun üstünə atıldığını bildirib. Müşahidəçilər bu işi qondarma sayıblar, “Memorial” insan haqları qrupu Kutayevi siyasi məhbus elan edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG