Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:19

Terrorçu qrup sayılırdı, indi Ağ evdə dostları var


Albaniyada Mujahedin-e Khalq üzvləri
Albaniyada Mujahedin-e Khalq üzvləri

Birləşmiş Ştatların vaxtilə terrorçu hesab etdiyi İran dissident qrupu Ağ evdə dostlar qazanmağa başlayıb.

Albaniyada mənzillənən Mujahedin Khalq qrupunu ABŞ-ın Milli təhlükəsizlik müşaviri John Bolton, Prezident Donald Trump-ın şəxsi vəkili Rudolph Giuliani dəstəkləyir. Onların hər ikisi Tehranda rejim dəyişikliyi istəyir.

Dpa agentliyi yazır ki, Giuliani və Bolton qrupun yürüşlərində, konfranslarında danışmaq, görünməkdən ötrü yüzminlərlə dollar alıblar.

Departament onu alternativ saymırdı

Məsələn, bu ayın əvvəlində Guiliani Mujahedin Khalq-ın Albaniyada keçirdiyi konfransda islam respublikasını pisləyib, bu təşkilatı “mühacirətdə olan hökumət”ə bənzədib.

John Bolton
John Bolton

Bolton iki il qabaq Parisdə Mujahedin Khalq konfransında deyirdi ki, ABŞ siyasəti “Tehrandakı molla rejiminin devrilməsi” olmalıdır.

1997-2012-ci illərdə ABŞ Dövlət Departamenti bu qrupu terrorçu təşkilatlar siyahısına salmışdı və bunun bir səbəbi 1970-ci illərdə İranda amerikalı diplomatlar və biznesmenlərə hücumlar idi.

Mujahedin Khalq 1960-cı illərdə Massoud və Maryam Rajavi adlı cütlük, İranda şaha qarşı çıxan solçu tələbələrlə birlikdə yaradıb. Silahlı təşkilat olan Mujahedin Khalq İrana qarşı bir sıra terror hücumları gerçəkləşdirib, həmin hücumlarda ABŞ ordusunun heyəti, dinc sakinlər də həlak olub.

Qrup İranı azad və demokratik görmək istədiyini bildirir. Tənqidçilərinin fikrincə, Mujahedin Khalq bir kultdur, ictimai dəstəyi böyük deyil.

ABŞ Dövlət Departamenti 1994-cü il hesabatında bildirirdi ki, bu qrup “İranın indiki hökumətinə real alternativ” deyil.

Albaniyada Mujahedin-e Khalq-ın konfransı
Albaniyada Mujahedin-e Khalq-ın konfransı

Khomeini-ni dəstəkləyirdi...

Mujahedin Khalq 1979-cu il inqilabı zamanı Ayətulla Khomeini və ardıcıllarına şahı devirməyə kömək edib. Ancaq 1980-ci illərdə ayətulla bu təşkilata düşmən kimi baxmağa başlayınca onun 2 minədək üzvü İraqa qaçıb. Qruplaşma oradan İrana meydan oxuyub, ölkədə, onun səfirliklərinə hücumlar təşkil edib.

20 ildən artıq İraqda qalan Mujahedin Khalq 2003-cü ildə ABŞ-ın işğalından sonra başqa reallıqla üzləşib. İraqın yeni hökuməti təşkilatın buradan getməsini istəyib. Birləşmiş Ştatlar təşkilata Albaniyada yer eləyib, Barack Obama administrasiyası dövründə isə terrorçu təşkilatlar siyahısından çıxarılıb.

Prezident Donald Trump isə İranın İslam İnqilab Keşikçiləri Korpusunu terrorçu qrup elan edib, Ali dini lider Ayətulla Ali Khamenei-yə sanksiyalar tətbiq edib. Mujahedin Khalq bu addımların həyata keçirilməsini istəyirdi.

Ancaq nə Trump, nə də Dövlət katibi Mike Pompeo qrupla əlaqə yaradıb, özlərini ondan kənar tutublar.

Birləşmiş Ştatların İran üzrə xüsusi elçisi Brian Hook bəyan edir ki, İranın taleyini Birləşmiş Ştatlar deyil, onun xalqı müəyyənləşdirməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG