Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Avqust, şənbə, Bakı vaxtı 18:49

Hərbi təyyarə qəzasında azı 17 nəfər həlak olub


Arxiv fotosu

İyulun 30-da səhər Pakistanın Ravalpindi şəhəri yaxınlığında kiçik hərbi təyyarə qəzaya düşüb, 17 nəfər həlak olub, onlardan beşi əsgərdir.

Pakistan ordusu qəzada 12 dinc sakinin həlak olduğunu, bir o qədər adamın xəsarət aldığını bildirir.

Xəstəxanalarda fövqəladə vəziyyət elan olunub, xilasetmə işi aparılır.

Yaralılardan bəziləri ağır durumda olduğundan ölü sayı arta bilər.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Qəza edərkən təyyarənin Mora Kalu kəndi ərazisində rutin təlim uçuşu gerçəkləşdirdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG