Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 11:05

Azərbaycan dəmir yoluna kredit alır


Dəmir yolu

Dünya Bankı «Şimal-Cənub» dəmir yolu nəqliyyatı dəhlizinin Bakı şəhərindən Astara rayonuna qədər olan hissəsinin inşasını maliyyələşdirməyə razılıq verib.

Bunu «Report»a açıqlamasında «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

«Bu dəhlizdə ümumilikdə 543 km yoldan söhbət gedir. Dünya Bankı bu layihənin maliyyələşdirilməsində tək iştirak etmək istəmir və başqa maliyyə institutlarını da cəlb etmək niyyətindədir», - deyə C.Qurbanov qeyd edib.

Bu layihənin hesabına 243 km-lik dəmir yolu xətti genişləndirilməli və ikixətli olmalıdır.

Bu il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 8 mlrd. 927.1 mln. ABŞ dollarına (15 mlrd. 176 mln. manat) bərabərdir.

Xatırlatma

«Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. İddialara görə, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Mərkəzi Asiya, Qafqaz regionunun Fars körfəzi və Hindistana çıxışına şərait yaradacaq.

2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında «Şimal-Cənub» nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG