Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 15:47

Nigeriyada 65 nəfər öldürülüb


Hadisə yeri

Nigeriyanın şimal-şərqində bir kənddə şübhəli Boko Haram ekstremistləri azı 65 nəfəri qətlə yetiriblər. Adamlar dəfn mərasimindən çıxırmışlar. Məlumatı dövlət televiziyası iyulun 28-də yayıb.

İyulun 27-də baş vermiş insidentdə daha 11 kəndlinin yaralandığı bildirilir. Nganzai kənd şurasının sədri Muhammad Bulama “Reuters”ə müsahibəsində hadisəni bu il regionda törədilmiş ən ağır ekstremist hücumu adlandırıb.

Hücum Borno regionunda törədilib. Bundan iki həftə öncə özünümüdafiə qüvvələri Boko Haramın regionda qurduğu pusqunu dəf eləmişdi. Yəni hücumun buna görə qisas məqsədilə törədildiyi bildirilir.

Bulama hücum zamanı 11 ekstremistin öldürüldüyünü deyib.

Onun sözlərinə görə, 11 nəfər dəfn mərasimindən qayıdarkən, 44 nəfər isə müdafiəni təşkil etmək istəyərkən qətlə yetirilib

Borno Boko Haramın yurdu hesab olunur. Ekstremistlər ölkədə şəriət üsul-idarəsi qurmağa çalışırlar. On ildir davam edən münaqişə qonşu Çad, Niger və Kameruna da yayılıb.

İkinci müddətdir vəzifədə olan Prezident Muhammadu Buhari hücumu pisləyib. O, ölkədə təhlükəsizliyi gücləndirməyi vəd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG