Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 12:00

Valyuta ehtiyatları 2015-ci ildən qabaqkı həddə yaxınlaşır


Dollar

2019-cu ilin birinci yarısında ölkənin strateji valyuta ehtiyatları 9.4 faiz artaraq 49 milyard ABŞ dolları təşkil edib.

AZƏRTAC-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbəri Elman Rüstəmov bunu iyulun 26-da keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, valyuta ehtiyatları bu ilin əvvəlindən 4.2 milyard dollar artıb.

2014-cü ildə neftin qiyməti ucuzlaşana qədər Azərbaycanın valyuta ehtiyatları 52 milyard dollardan çox olub. Həmin ilin II rübünün yekununda Dövlət Neft Fondu 37 mlrd. 622.4 mln. dollar, AMB isə 15 mlrd. 163.2 mln. dollar vəsaitə yiyələnib.

Sonrakı illərdə valyuta ehtiyatlarında azalma müşahidə edilib.

Son iki ildə isə neftin qiymətinin artması ilə yenidən valyuta ehtiyatlarında artım baş verir.

Azərbaycanın ixracının 90 faizinin neft-qaz və neft məhsullarının payına düşdüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG