Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Dekabr, bazar, Bakı vaxtı 09:25

Şimal-qərb rayonlarında leysan gözlənir


Yağış

İyulun 26-da Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi, onun arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 22-24, gündüz 29-33, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti proqnozlaşdırılır.

İyulun 26-da ölkənin, əsasən, şimal və qərb rayonlarında isə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 20-25, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 19-24 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG