Keçid linkləri

Təcili xəbərlər
2019, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:00

'Qarabağ' İrlandiyadan ümidlə ayrıldı


UEFA Çempionlar Liqasının Kuboku

İyulun 24-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən «Dandolk» - «Qarabağ» oyunu 1: 1 hesabı ilə başa çatıb.

«Oriel Park» stadionunda baş tutan görüşün 4-cü dəqiqəsində Mahir Emreli hesabı açıb. İlk hissəyə qalib yollanan «Qarabağ» ikinci hissədə qapısında qol görüb. 78-ci dəqiqədə Patrik Hoban fərqlənib.

«Dandolk» birinci təsnifat mərhələsində Latviyanın «Riqa», «Qarabağ» isə Albaniyanın «Partizani» klubunu mübarizədən kənarlaşdırıb. Komandalar arasında cavab qarşılaşması iyulun 31-də Bakıdakı «Dalğa Arena»da olacaq. Oyun saat 21:00-da start götürəcək. «Qarabağ» klubuna növbəti mərhələyə adlamağa istənilən qələbə və qolsuz bərabərlik belə kifayət edir.

Azərbaycan çempionu «Qarabağ» II və III təsnifat mərhələlərini də adlaya bilsə, UEFA Çempionlar Liqasının qruplarında mübarizə aparacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG