Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 06:52

B.Məmmədov polisə çağırıldığını deyir


Bayram Məmmədov: Əfvlə nəsə dəyişəcəksə...
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

Bayram Məmmədov: Əfvlə nəsə dəyişəcəksə...

NİDA Vətəndaş Hərəkatın üzvü Bayram Məmmədov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırıldığını bildirir.

B.Məmmədov AzadlıqRadiosuna deyib ki, bu gün, iyulun 24-də onun atasının mobil telefonuna zəng edən şəxs özünü idarənin tədqiqat şöbəsinin əməkdaşı kimi təqdim edərək, onun elə iyulun 24-də idarəyə gəlməli olduğunu söyləyib: «Zəng edən şəxs bildirdi ki, bu ilin martında inzibati qaydada həbs olunduğum zaman Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında işgəncələrə məruz qalmağımla bağlı prokurorluğa şikayət vermişəm. Baş Prokurorluq isə şikayəti BŞBPİ-nə göndərib və bununla bağlı idarəyə çağırılıram».

B.Məmmədovun sözlərinə görə, o da qeyd edib ki, həmin şikayəti vəkil Elçin Sadıqov verib. Üstəlik, vurğulamasına görə, təklif edib ki, onun əvəzinə idarəyə vəkil getsin. B.Məmmədov qeyd edib ki, bu təklifinə zəng edən şəxs «vəkili nə edirik» cavabını verib və onun özünün gəlməsinin vacibliyini vurğulayıb. Lakin B.Məmmədov idarəyə getməyəcəyini bildirir: «Mart ayında da məni hansısa bəhanə ilə polisə çağırmışdılar və sonra həbs etdilər. Bunun təkrarlanmasını istəmirəm».

Bu deyilənlər ilə bağlı, hələlik, Bakı Şəhər Baş Polis İdarəsindən münasibət almaq mümkün olmayıb.

B.Məmmədov bu il martın 16-da verilən əfv sərəncamı ilə azadlığa buraxıldıqdan 13 gün sonra yenidən həbs edilib. O, polisin qanuni əmrinə tabe olmamaqda təqsirli bilinib və 30 gün müddətinə inzibati qaydada həbs cəzası alıb.

B.Məmmədov ittihamı qurama sayırdı və Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında işgəncələrə məruz qaldığını bildirmişdi. Amma Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna gənc fəalın həmin dediklərini təkzib etmişdilər.

Azərbaycan rəsmiləri, bir qayda olaraq, polis və cəzaçəkmə müəssisələrində işgəncələrin olması ilə bağlı şikayətləri əsassız sayırlar.

Xatırlatma

NİDA Vətəndaş Hərəkatının üzvü olan B.Məmmədov başqa bir gənc fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-da saxlanıb. Onlar narkotik ittihamıyla suçlansalar da, məhkəmədə bu ittihamı rədd ediblər.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinin üzərində «Qul bayramınız mübarək!» yazılmasına görə həbs edildiyi bildirilib. Amma ittiham dəyişməyib, onlar 10 il azadlıqdan məhrum ediliblər.

«Amnesty International» təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edib ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb. Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etməyib, konkret cinayətlərə görə cəzalandırıldığını bildiriblər.

Onların hər ikisi bu ilin martında əfv sərəncamı ilə azadlığa çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG