Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 09:03

Siyahıyaalmaya hazırlıq başladı


Bakı bulvarı

Bu gün, iyulun 19-da Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib.

Bu barədə Nazirlər Kabinetindən bildiriblər.

Baş nazirin müavini, komissiyanın sədri Əli Həsənovun yanında keçirilən iclasda yerlərdə əhalinin siyahıyaalınmasına yardım üzrə komissiyaların sədrləri olan rayon, şəhər və şəhər rayonlarının icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.

Verilən məlumata görə, prosesə 43 min insanın cəlb olunması nəzərdə tutulur. Üstəlik, əhalinin sayına uyğun sorğu vərəqələrinin də çap edildiyi bildirilir.

Bu proses prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı «2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında» Fərmana uyğun aparılır. Nazirlər Kabinetinin 2016-cı il dekabrın 16-da verdiyi qərar ilə bu məqsədlə Komissiya yaradılıb. Azərbaycan qanunvericiliyinə görə, hər 10 ildən bir baş tutan əhalinin siyahıyaalınması prosesi bu dəfə 2019-cu il oktyabrın 1-dən 11-nə kimi həyata keçirilməlidir.

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, hazırda Azərbaycan əhalisinin sayı 10 milyondan bir qədər çoxdur. Amma bəzi ekspertlər bu rəqəmə şübhə edirlər. Onların sözlərinə görə, son bir neçə on ildə ölkə əhalisinin bir neçə milyon kəsimi işləməkdən ötrü Rusiya, Türkiyə və bir sıra başqa ölkələrə üz tutublar. Onların bir qisminin də sonradan yaşadıqları ölkənin vətəndaşlığını aldıqları qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG