Keçid linkləri

Təcili xəbərlər
2019, 26 Avqust, Bazar ertəsi, Bakı vaxtı 06:32

Şimal küləyi gözlənir


Günəş

İyulun 20-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Şimal-qərb küləyinin əsəcəyi, arabir onun güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında da iyulun 20-də bir elə yağıntı gözlənmir. Lakin gecə saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG