Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 15:53

Azərbaycanda dini vəziyyət ABŞ-da müzakirə edilib


M.Qurbanlı və S.Braunbek

Azərbaycanda 942 dini icma dövlət qeydiyyatından keçib və bunun 35-i qeyri-islam icmalarıdır.

Bunu Amerika Birləşmiş Ştatlarında (ABŞ) səfərdə olan Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu ölkənin Dövlət Departamentinin beynəlxalq din azadlıqları sahəsində xüsusi tapşırıqlar üzrə səfiri Sem Braunbek ilə görüşündə deyib.

Bu barədə bu gün, iyulun 18-də DQİDK-nın saytı məlumat verib. Görüş iyulun 16-da gerçəkləşib.

Saytın məlumatına görə, görüşdə M.Qurbanlı Azərbaycanın dövlət-din münasibətləri modeli və dini durum haqqında ətraflı məlumat verib.

Öz növbəsində S.Braunbek Azərbaycan haqqında məlumatlı olduğunu, ABŞ-ın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib.

S.Braunbek 1996-2011-ci illərdə ABŞ senatoru, 2011-2018-ci illərdə isə ABŞ-ın Kanzas ştatının qubernatoru vəzifələrində çalışıb. O, 2018-ci ilin fevralında Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsinə təyin olunub.

M.Qurbanlı isə bu vəzifədə 2014-cü ildən çalışır. O, iyulun 15-də Amerika Birləşmiş Ştatlarına səfər edib.

M.Qurbanlı 16-18 iyul tarixlərində Vaşinqton şəhərində keçirilən Din Azadlığının İrəliləməsi üzrə 2-ci Nazirlər Konfransında iştirak edir.

Səfərin ümumilikdə iyulun 21-dək davam edəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG