Keçid linkləri

Təcili xəbərlər
2019, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:25

'Meyvəli'də zəhərlənmə olub


Təcili yardım

Bu gün, iyulun 17-də Bakıda «Meyvəli» ticarət mərkəzində (meyvə-tərəvəz topdan satışı) kütləvi zəhərlənmə olub

Bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata görə, hadisə yerinə təcili yardım maşınları cəlb olunub.

Səhiyyə Nazirliyindən bildirilib ki, təcili yardıma ilk çağırış saat 10:15 radələrində olub. Həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırıblar. Nazirlikdən qeyd edildiyinə görə, bir qədər sonra daha üç nəfərin halının pisləşdiyi bildirilib və onlar da Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə aparılıb.

Bu məsələ ilə bağlı ayrı-ayrı yerli saytlarda yayılan məlumatlarda zərərçəkənlərə istinadən vurğulanır ki, onlar yumurta yedikdən sonra özlərini pis hiss ediblər.

Səhiyyə Nazirliyindən isə deyilib ki, xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir, sağlıq vəziyyətləri orta-ağırdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG