Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 22:12

Qətlə yetirilən jurnalistin doğum günüdür


Elmar Hüseynov yaddaşlarda
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Elmar Hüseynov yaddaşlarda (2010)

İyulun 17-si «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun doğum günüdür. Bu gün, iyunun17-si 14 il əvvəl öldürülməsəydi, onun 52 yaşı tamam olacaqdı.

Tənqidçi jurnalist, «Monitor» jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib. 14 il keçsə də, qətlin sifarişçiləri və icraçıları hələ də məsuliyyətə cəlb olunmayıblar.

Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət ediblər

E.Hüseynov 17 iyul 1967-ci ildə Bakıda doğulub. O, 1992-ci ildə Azərbaycan Mühəndis-İnşaatçılar İnstitutunu mühəndis-hidrotexnik ixtisası üzrə bitirib. Bir müddət ixtisası üzrə çalışıb.

E.Hüseynov 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə də «Trend» analitik-informasiya agentliyini, 1996-cı ildə isə «Monitor» jurnalını təsis edib.

O, həmçinin, «Bakinski bulvar», «Bakinskiye vedomosti» qəzetlərinin təsisçisi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG