İyulun 16-da Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənir. Cənub-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında onun mülayim şimal-qərb küləyi ilə əvəzlənəcəyi təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 21-24, gündüz 29-33, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın əksər rayonlarında da iyulun 16-da bir elə yağıntı gözlənmir. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 18-23, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti təxmin edilir.