Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:06

Visa və MasterCard Rusiyadan gedə bilər


Rusiya Dövlət Duması iyulun 23-də “milli ödəniş sistemi haqqında qanununa” dəyişikliklərin ikinci oxunuşunu planlaşdırıb. Təhlilçilər bildirirlər ki, bu düzəlişlərin qəbulu beynəlxalq ödəniş sistemlərinin Rusiyanı tərk etməsi ilə nəticələnə bilər.

Bu barədə ölkənin nüfuzlu Kommersant qəzeti yazıb.

Qanuna düzəliş Rusiya kart ödənişlərinin fasiləsizliyini təmin etməlidir. Əslində isə düzəlişlər beynəlxalq ödəniş sistemlərinin Rusiya filiallarına sanksiyaya düşmüş bank kartları üzrə ödənişlərin dayandırılmasını qadağan edəcək.

Rusiya Mərkəzi Bankında bu qanunvericilik aktını dəstəkləyirlər və ümid edirlər ki, qanun bu yaxınlarda qəbul olunacaq.

Rəsmilər hesab edirlər ki, beynəlxalq şirkətlərin Rusiya filialları Rusiya qanunları ilə işləməlidirlər.

Qanun layihəsinə “xarici ödəniş sistemi” anlayışı elə daxil edilir ki, Rusiyanın Mərkəzi Bankında qeydiyyatda olan beynəlxalq ödəniş sistemləri bura düşmür.

Beləliklə də Visa və MasterCard və başqa beynəlxalq ödəniş sistemlərinə işlərinə düzəliş etmək üçün yarım il vaxt verilir.

Bundan sonra sanksiyalara görə hansısa ödənişin dayandırılması qanun pozuntusu kimi qiymətləndiriləcək.

Kommersant yazır ki, Visa və MasterCard öz sistemlərinə heç bir halda Moskvanın istədiyi dəyişiklikləri daxil edə bilməyəcəklər. Belə ki, bu halda onlar öz baş idarələrinin tapşırıqlarını yerinə yetirə bilməyəcəklər.

Kommersant bunu da yazır ki, Visa və MasterCard bundan sonra da beynəlxalq ödəniş sistemi kimi Rusiyada işləyə bilərlər. Lakin qəzetin ekspertləri düşünürlər ki, bu sistemlər sadəcə olaraq Rusiyadan getmək qərarını qəbul edəcəklər.

Bunun nəticəsində Rusiyanın bank kartlarından xaricdə istifadə etmək mümkün olmayacaq. Eyni zamanda Rusiyada xarici bankların kartlarından istifadə etmək mümkün olmayacaq.

Visa şirkətinin mətbuat xidməti TASS agentliyinə bildirib ki, şirkət Rusiyadakı fasiləsiz fəaliyyətini təmin etməkdə davam edəcək.

İyulun 12-də Rusiya Mərkəzi Bankı da əmin edib ki, ödəniş sistemləri əvvəl olduğu kimi işləyəcək. Lakin kartlar daxili bazarda milli ödəniş sistemi ilə işləyəcək.

Rusiyada Mir adlı milli ödəniş sistemi 2015-ci il aprelin 1-dən işə salınıb. Buna səbəb sanksiyalara görə Visa və MasterCard-ın bir sıra Rusiya banklarına xidməti dayandırması idi. Söhbət ilk növbədə Krımın Rusiya tərəfindən ilhaqı ilə bağlı olan banklardan gedirdi.

Ötən martın ortalarında Visa və MasterCard “Mosnarbank Eurofinance” bankının bu ödəniş sistemlərindəki üzvlüyünə xitam veribllər. Bu, sözü gedən bankın kartlarının xaricdə işlləməməsi ilə nəticələnmişdi.

Bundan əvvəl Mosnarbank Venesuelanın PDVSA neft şirkətilə işbirliyinə görə ABŞ sanksiyalarına düşmüşdü.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG