Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:51

Qarabağa beynəlxalq ödəniş kartları ilə yardım dayandırılıb


Xankəndi
Xankəndi

“Visa Inc.” və “MasterCard Worldwide” kimi beynəlxalq kart təşkilatları separatçı “Dağlıq Qarabağda ödəniş kartları vasitəsilə yardımların toplanmasını dayandırıb.

Həmçinin işğal olunmuş ərazilərdə bir sıra bankların bankomat şəbəkəsi üzərindən bu ödəniş kartlarının qəbulu da dayandırılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) “Turan”a verdiyi məlumatına görə, bu, Palatanın əməkdaşları “Visa Inc.” və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının rəhbər nümayəndələri ilə görüşdən sonra mümkün olub.

“Təşkilatların nəzərinə çatdırılıb ki, Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən banklar tərəfindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartlarına xidmət göstərilməsi faktları və qondarma Dağlıq Qarabağ respublikasının maliyyə nazirliyinin rəsmi internet səhifəsi üzərindən maddi yardımın toplanılması keçirilir”.

XS
SM
MD
LG