Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Avqust, Bazar ertəsi, Bakı vaxtı 13:34

Müqəddəs yerlərə ziyarətlərə QMİ nəzarət edəcək


M.Qurbanlı

«Nəzərdə tutulur ki, İslama aid olan digər müqəddəs yerlərə ziyarətlər də kollektiv şəkildə, məhz Həcc ziyarətində olduğu kimi, Qafqaz Müsəlmanları İdarəsinin himayəsi altında həyata keçirilsin».

Bunu APA-ya müsahibəsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, bəzən bu yerlərə ziyarətləri hansısa bir şirkət və ya turist qrupu təşkil edir.

«Həmin adamlar da orada problemlərlə üzləşir, bəzən geriyə qayıda bilmir, orada təhlükəsizlik və nəqliyyatla bağlı tədbirlər kifayət qədər yüksək səviyyədə təşkil olunmur və nəticədə xoşagəlməz hadisələr baş verir. Ona görə də belə bir təşəbbüs var ki, bu cür ziyarətlər də QMİ-nin himayəsi altında həyata keçirilsin. Bu məsələnin üzərində iş gedir», - Komitə sədri söyləyib.

Onun sözlərinə görə, bununla bağlı «Dini etiqad azadlığı haqqında» Qanuna müəyyən dəyişikliklərin edilməsi ilə bağlı təkliflər var.

«Həmin təkliflərə baxıldıqdan sonra Həcc ziyarəti ilə yanaşı, İslama aid digər müqəddəs yerlərə də ziyarətlərin təşkili xüsusi qaydalar əsasında baş tutacaq. Vətəndaşların bu müqəddəs yerlərə ziyarəti vahid qaydalar əsasında həyata keçirilmiş olacaq», - M.Qurbanlı bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG