Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 15:48

Deputatlar tətilə çıxdı


Milli Məclis

Milli Məclisin iyulun 12-də keçirilmiş növbədənkənar sessiyasının sonuncu plenar iclası başa çatıb. İclasda 28 məsələnin müzakirə edildiyi bildirilir. Bu barədə «Report» xəbər yayıb.

Əksəriyyəti 2-ci və 3-cü oxunuşda müzakirə olunduğu qanun layihələrinin ayrı-ayrılıqda səsverməyə çıxarılaraq qəbul edildiyi deyilir.

İclas Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başa çatıb, deputatlar tətilə çıxıb, parlamentin üzvləri iyulun 15-dən avqustun 30-dək istirahətdə olacaqlar.

+++

İyulun 12-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Parlamentdən verilən məlumata görə, toplantının gündəliyinə 28 məsələ daxildir. Bunlar «Əmək pensiyaları haqqında», «Məhkəmələr və hakimlər haqqında», «Notariat haqqında», «Dövlət rüsumu haqqında», «İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında» və s. qanunlar, o cümlədən Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişikliklərlə bağlıdır. Qanun layihələrinin əksəriyyəti 2-ci və 3-cü oxunuşda müzakirəyə çıxarılacaq.

Ötən iclasda parlament təxminən 1 saata 35 məsələ ilə bağlı qərar verib. Milli Məclisin qısa vaxtda bu qədər məsələni müzakirəyə çıxarması sosial mediada tənqidlə qarşılanıb.

Bu iclasla parlament yaz sessiyasını başa vuracaq, iyulun 15-dən avqust ayının 30-dək deputatlar istirahətdə olacaqlar.

Parlamentin yaz sessiyası fevralın 1-də başlayıb, mayın 31-dək davam edib. İyun-iyul aylarında qanunverici orqanın növbədənkənar sessiyası çağırılıb. Növbədənkənar sessiya çərçivəsində 5 plenar iclas olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG