Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Avqust, çərşənbə, Bakı vaxtı 02:58

İlham Əliyev Donald Tuskla görüşüb


İ.Əliyev və D.Tusk

İyulun 9-da prezident İlham Əliyev Avropa Birliyi Şurasının prezidenti Donald Tusk ilə təkbətək görüşüb. Daha sonra tərəflər geniş tərkibdə görüş keçiriblər. Bu barədə AZƏRTAC məlumat yayıb.

Məlumatda deyilir ki, dövlət başçısı cənab Tuskun Azərbaycana son səfərindən sonra AB ilə Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini söyləyib.

İ.Əliyev D.Tuskla çoxsaylı görüşlərdə uğurla inkişaf edən əməkdaşlıqla bağlı geniş spektrli məsələlərin müzakirə olunduğunu və tərəfdaşlığı yeni səviyyəyə yüksəltməyə nail olduqlarını qeyd edib.

«Əminəm ki, qarşıdakı illərdə biz tərəfdaşlığın müsbət məcrada inkişafını davam etdirəcəyik, bu da Azərbaycanın maraqlarına xidmət edir. Ümidvaram ki, uğurla həyata keçirdiyimiz bütün layihələr yaxşı nəticələr verəcək», - İ.Əliyev bildirib.

D.Tusk Avropa Birliyi Şurasının prezidenti qismində Bakıya son səfəri olduğunu deyib: «Mənim niyyətim Avropada bizim hamımız üçün Sizin ölkənizlə mümkün qədər ən yaxşı əlaqələrə sahib olmağın nə dərəcədə mühüm olduğunu vurğulamaqdan ibarətdir».

D.Tusk həmçinin, İ.Əliyevin «hər zaman çox konstruktiv» olduğunu söylədiyi qeyd olunur.

Təkbətək görüş başa çatdıqdan sonra İ.Əliyevin D.Tuskla işçi nahar çərçivəsində geniş tərkibdə görüşdüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG