Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:06

Bakı-Ağstafa-Qazax qatarı ləğv edilir


Qatar

İyulun 15-dən Bakı-Ağstafa-Qazax sərnişin qatarı ləğv ediləcək. Bunu «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.

QSC-dən verilən məlumata görə, sərnişinlər iyulun 16-dan etibarən bu istiqamətdə yalnız Bakı-Böyük Kəsik qatarından istifadə edəcəklər.

Qurum ləğv olunmanı iki səbəblə bağlayır. Bu, birinci növbədə Bakı-Ağstafa-Qazax istiqamətində hərəkət edən qatardakı vaqonların istismar müddətini başa vuraraq təmir olunmasına zərurət yaranması, ikincisi qatarların hərəkətinin optimallaşdırılması ilə izah olunur.

Bakı-Böyük Kəsik istiqaməti üzrə qatar saat 23:00-də yola düşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG