Keçid linkləri

2025, 13 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 15:39

Rusiyalıların 66 faizi polisin narkotik atmasını ‘adi hal’ sayır


Ivan Golunov-a dəstək aksiyası
Ivan Golunov-a dəstək aksiyası

Rusiyanın Levada sorğu mərkəzi araşdırmaçı jurnalist Ivan Golunov-un işilə bağlı sorğu keçirib. Jurnalisti iyunda saxlayıblar, narkotik maddələrin yayılmasında ittiham olunub. Ancaq etiraz dalğasından sonra jurnalisti dəlil çatışmazlığını əsas gətirərək məsuliyyətdən azad ediblər, ona qarşı cinayət işi də bağlanıb.

Sorğunun nəticələrinə görə, respondentlərin 66 faizi “polisin arzuolunmaz şəxslərin cibinə narkotik ataraq onlara qarşı cinayət işi quraşdırmasını bugünkü Rusiyada adi hal” hesab edir. 18 faiz isə hesab edir ki, bu cür hallar “nadir sayıla bilər, tək-tük baş verir”.

Respondentlərin 55 faizi Golunov işinin Daxili İşlər Nazirliyinin fəaliyyətinə ciddi təsir göstərməyəcəyini söyləyib. Yalnız 36 faiz ciddi fəsadlar gözləyir.

Ivan Golunov tərəfdarı
Ivan Golunov tərəfdarı

Jurnalist niyə buraxıldı

56% respondent Golunov işini diqqətlə izləyib, yaxud onun barəsində nə isə eşidib. Onlardan 85 faizi etirazlar haqda məlumatlıdır.

Golunov-un azad olunmasının səbəblərinə gəlincə, respondentlərin fikirləri haçalanır:

  • 32 faiz düşünür ki, jurnalist “həbsə və narkotik maddələr üzrə cinayət işi qaldırılmasınafaktiki əsas olmadığından” buraxılıb;
  • 29 faiz Moskvada bir neçə gün davam edən etirazları əsas gətirir;
  • 28 faiz deyib ki, ölkə rəhbərliyi Rusiya Günü və Prezident Vladimir Putinin əhalinin suallarını cavablandırdığı Birbaşa Xətt öncəsi etirazları yatırmağa qərar verib;
  • 3 faiz başqa səbəblər sadalayıb.

Respondentlərin 28 faizinin fikrincə, oxşar durumla üzləşənlər polis tərəfindən ədalətsiz təqibi önləmək üçün “nüfuzlu tanışlıqlardan” istifadə edə bilərlər. Digərləri prokurorluğun, məhkəmənin və hüquq-müdafiə təşkilatlarının köməyinə ümid edir.

XS
SM
MD
LG