Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 11:07

Yunanıstanda seçkini mühafizəkarlar udur


Yeni Demokratiya partiyasının qərargahı

Yunanıstanda mühafizəkar Yeni Demokratiya partiyası parlament seçkisini udub. Son dörd ildə ölkəni idarə etmiş sosialist Baş nazir Alexis Tsipras isə seçicilərdən təpki görüb.

Artıq bülletenlərin 80 faizindən çoxu sayılıb. Yeni Demokratiya səslərin 39,7, Tsipras-ın Syriza partiyası isə 31,6 faizini yığıb. İfrat sağçı Qızılı Üfüq partiyası parlamentə keçməkdən ötrü 3 faizlik baryeri aşmağa çalışır.

Yeni Demokratiyanın lideri Kyriakos Mitsotakis seçicilərə “Yunanıstana dəyişməyə güclü mandat” verdiklərinə görə təşəkkür edib.

“Bu gündən çətin, ancaq gözəl savaş başlayır”, – o vurğulayıb.

51 yaşlı Mitsotakis seçki kampaniyası dövründə vergiləri azaldacağını, investisiya cəlb edəcəyini vəd edib.

Məğlubiyyəti etiraf edən Tsipras deyib ki, “vətəndaşlar seçimlərini ediblər”.

44 yaşlı Tsipras Skopye ilə qonşu ölkənin adının dəyişdirilməsi üzrə razılaşma əldə edib. Hər iki ölkənin millətçiləri Makedoniyanın adının Şimali Makedoniyaya çevrilməsini nəzərdə tutan sazişə qarşı çıxıblar. Ancaq razılaşma qüvvəyə minib.

Tənqidçiləri Tsipras-ı həmçinin 2010-cu ildə başlanmış maliyyə böhranına görə ittiham ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG