Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:44

Ukrayna ABŞ-dan silah istəyir


Ukrayna hərbçisi Javelin raketi ilə
Ukrayna hərbçisi Javelin raketi ilə

Ukrayna ilk dəfə rəsmi olaraq Birləşmiş Ştatlardan hərbi avadanlıq istəyib. Ukrayna hökuməti ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılarla mübarizə aparır.

ABŞ-ın Kiyevdəki səfirliyi bu ölkənin Ukraynadakı keçmiş səfiri William Taylor-un bəyanatını dərc edib, o, ölkənin xahişini iyulun 7-də Twitter səhifəsində yerləşdirib. Taylor iyulun 21-nə təyin olunmuş parlament seçkiləri dövründə Amerikanın Kiyevdəki diplomatik missiyasına rəhbərlik edir.

“Həmin xahişin nəzərdən keçirilməsinə başlayırıq. Birləşmiş Ştatlar Ukraynanın suverenliyini, ərazi bütövlüyünü, müdafiə sektorundakı islahatları qətiyyətlə dəstəkləyir”, – Taylor bəyanatında vurğulayır.

William Taylor
William Taylor

Birləşmiş Ştatlar Ukraynaya 2014-cü ildən bəri tank əleyhinə Javelin raketləri daxil olmaqla 1,5 milyard dollarlıq hərbi yardım göstərib. Rusiya Ukraynanın Krım yarımadasını 2014-cü ildə tutub, Donbasda separatçı münaqişəni qızışdırıb.

ABŞ-ın Ukraynadakı keçmiş səfiri John Herbst ötən ay Senatın Xarici Əlaqələr Komitəsində deyib ki, Rusiya indiyədək döyüşçülərə 450-dən artıq tank, 700 ağır texnika hissəsi verib.

İyulun 7-də AzadlıqRadiosu-na (RFE/RL) müsahibəsində Herbst deyib ki, Kiyev əlavə Javelin raketləri sifariş etmək istərdi, çünki tanklar Ukrayna qüvvələri üçün əsas problem olaraq qalmaqdadır.

Ancaq o, ölkənin ABŞ silahlarına xərcləməyə milyardları olmadığını deyib.

Bu arada Ukrayna Prezidenti Volodymyr Zelenskiy Birləşmiş Ştatlara ilk rəsmi səfərini etməyə hazırlaşır.

Bir neçə həftəyə baş tuta biləcək bu səfər zamanı apreldə seçkini udmuş Zelenskiy ilə ABŞ Prezidenti Donald Trump arasında ilk görüş keçirilə bilər.

Trump Rusiyayla münasibətləri gücləndirməyin tərəfdarı kimi çıxış edir, ancaq eyni zamanda ABŞ ixracatını iqtisadi siyasətinin əsas komponenti elan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG