Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 11:43

AŞPA həmməruzəçisi müxalifətlə görüşüb


S.Şennak

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak Bakıya səfəri çərçivəsində müxalifət liderləri ilə görüşüb.

Bu haqda Müsavat Partiyasının məlumatında bildirilir.

Görüşdə Müsavat Partiyası başqanı Arif Hacılı, Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, ReAL Partiyasının təmsilçisi Azər Qasımlı, Liberal Partiyasının təmsilçisi Əvəz Temirxan iştirak edib.

Bu zaman Azərbaycanda siyasi partiyaların vəziyyətinin, siyasi məhbuslar və digər məsələlərin müzakirə olunduğu deyilir.

S.Şennak Azərbaycana səfəri zamanı ölkə rəhbərləri, Milli Məclisin deputatları, QHT təmsilçiləri, media rəhbərləri ilə görüşüb, «Turan» agentliyinə baş çəkib.

Həmməruzəçinin Azərbaycana səfəri iyulun 4-dən başlayıb. O, səfərin nəticəsi barədə hesabat hazırlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG