Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 02:01

Daşqında ölənlərin sayı 23-ə çatıb


İrkutsk regionu

Rusiya rəsmiləri İrkutskda daşqında ölənlərin sayının 23-ə çatdığını bildirir.

İyulun 8-də verilən məlumata görə, 8 nəfər itkin sayılır.

***

Daşqında itkin düşmüş 30 nəfər xilas edilib

Rusiyanın Sibir regionundakı İrkutsk vilayətində iyunun sonunda baş vermiş daşqında itkin düşmüş 30 nəfər xilas edilib.

Regional hökumətin iyulun 7-də bildirməsinə görə, 11 nəfər hələ də itkindir. Daşqın 22 nəfərin həyatına son qoyub.

Xilas olunanların durumu barədə məlumat verilmir.

Daşqın 107 yaşayış mərkəzinə təsir göstərib, 10 mindən çox evə su dolub, 33 minədək adam evindən didərgin düşüb.

Rəsmilər təmizləmə işlərinin davam etdiyini bildirib.

İlkin hesablamalara görə, daşqınının vurduğu ziyan 29 milyard rubldur (454 milyon dollar).

Günün bütün mövzuları

XS
SM
MD
LG