Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 15:35

Bəzi rayonlara dolu düşə bilər


Dolu yağıb

İyulun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq, mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbi sərvətlər Nazirliyinin Milli Hidrometeorologyia Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 20-23, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Ancaq gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG