Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 12:03

Azərbaycan SOA-ya müşahidəçi statusu ilə qəbul edilib


Elmar Məmmədyarov,Azərbaycanın xarici işlər naziri

Azərbaycan Sakit Okean Alyansının Limada keçirilən 14-cü zirvə iclasında bu quruma müşahidəçi statusunda qəbul edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazriliyinin iyulun 6-da yaydığı məlumatda deyilir.

Tədbirdə çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Alyansa üzv ölkələrlə qarşılıqlı siyasi-iqtisadi əməkdaşlıqda maraqlı olduğunu deyib, eləcə də ölkənin enerji və nəqliyyat potensialı haqqında məlumat verib.

Dağlıq Qarabağ münaqişəsindən danışan nazir bu münaqişəni regional sabitlik üçün əsas təhlükə adlandırıb, münaqişənin həlli, qlobal əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində Azərbaycanın fəaliyyətindən bəhs edib.

2011-ci ildə Meksika, Kolumbiya, Peru və Çili tərəfindən təsis edilmiş SOA-da Avropa Birliyinin və Şimali Amerikanın aparıcı ölkələri daxil olmaqla 59 ölkə müşahidəçi üzv statusuna malikdir. Qrup ölkələrinin toplam ümumi daxili məhsulu dünya iqtisadiyyatı siyahısında altıncı yerə malikdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG